Modern.az

Bakı-Sumqayıt yolunun kənarında ağaclar yanır

Bakı-Sumqayıt yolunun kənarında ağaclar yanır

Aktual

18 İyul 2022, 14:24

Bakı-Sumqayıt yolunun kənarında ağaclar yanır.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən xəbərə görə, Nazirliyin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda Bakı-Sumqayıt şosesi yaxınlığında yanğın olması barədə məlumat daxil olub.

 

Məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu əraziyə cəlb olunub.

 

İlkin məlumata əsasən, yol kənarında quru ot, kol-kos və ağaclar yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

 

Əlavə məlumat veriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı