Modern.az

UEFA Avropa Liqasında püşk atıldı

UEFA Avropa Liqasında püşk atıldı

Aktual

18 İyul 2022, 15:52

UEFA Avropa Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.

 

Modern.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbirdə 7 cütün tərkibi müəyyənləşib.

 

Çempionlar Liqasının II təsnifat mərhələsində mübarizəni dayandıran komandalar Avropa Liqasında çıxış edəcək.

 

UEFA Çempionlar Liqası

 

Çempionlar Yolu

 

"Jalgiris" (Litva) / "Malmö" (İsveç) cütünün məğlubu - "Pünik" (Ermənistan) - "Düdelanj" (Lüksemburq) cütünün məğlubu

 

"Lüdoqorets" (Bolqarıstan) / "Şemrok Rovers" (İrlandiya) cütünün məğlubu - "Dinamo" (Zaqreb, Xorvatiya) / "Şkupi" (Şimali Makedoniya) cütünün məğlubu

 

"Linfild" (Şimali İrlandiya) / "Budyo Qlimt" (Norveç) cütünün məğlubu - "Qarabağ" (Azərbaycan) / "Sürix" (İsveçrə) cütünün məğlubu

 

"Makkabi" (Hayfa, İsrail) / "Olimpiakos" (Yunanıstan) cütünün məğlubu - "Ferentsvaroş" (Macarıstan) / "Slovan" (Bratislava, Slovakiya) cütünün məğlubu

 

"Maribor" (Sloveniya) / "Şerif" (Moldova) cütünün məğlubu - HİK (Helsinki, Finlandiya) / "Viktoriya" (Plzen, Çexiya) cütünün məğlubu

 

Liqa yolu

 

"Midtüllann" (Danimarka) / AEK (Larnaka, Kipr) cütünün məğlubu - "Partizan" (Serbiya)

 

"Dinamo" (Kiyev, Ukrayna) / "Fənərbağça" (Türkiyə) cütünün məğlubu - "Slovaçko" (Çexiya)

 

Qeyd edək ki, bu raundun ilk oyunları avqustun 4-də, cavab qarşılaşmaları avqustun 11-də olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı