Modern.az

Məktəblini döyən icra başçısının müavini işdən çıxarıldı

Məktəblini döyən icra başçısının müavini işdən çıxarıldı

Aktual

18 İyul 2022, 17:48

Lənkəranda məktəblinin döyülməsində təqsirli bilinən icra başçısının müavini Rasilə Arifqızı işdən azad edilib.

 

Bu barədə Lənkəran Şəhər İcra Hakimiyyətindən Modern.az-a məlumat verilib.

 

Bildirilib ki, Rasilə Arifqızı bu gündən etibarən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının müavini vəzifəsindən azad olunub.

 

Qeyd edək ki, Lənkəran İcra Hakimiyyətinin başçısının müavini Rəsilə Əliyeva və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən 9-cu sinif şagirdi Camalova Aliyə Samir qızının döyülməsi barədə məlumat yayılıb. Artıq fakt təsdiqlənib. Baş Prokurorluqda bununla bağlı cinayət işi başlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Zelenski bəzi ərazilərin Rusiyada qalmasına razılaşdı