Modern.az

Borreldən Tbilisi görüşünə REAKSİYA 

Borreldən Tbilisi görüşünə REAKSİYA 

Aktual

18 İyul 2022, 22:37

"Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında Tbilisidə baş tutan görüş hərtərəfli həll yolunda mühüm addımdır".

 

Modern.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel tviter hesabında qeyd edib.

 

"Normallaşmaya, barışığa yalnız birbaşa dialoqla nail olmaq mümkündür", - Borrel vurğulayıb.

 

Borrel bildirib ki, Avropa İttifaqı sülhsevər, təhlükəsiz və firavan Cənubi Qafqazı dəstəkləməkdə maraqlıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!