Modern.az

"Sabah" nigeriyalı futbolçunu transfer etdi

Aktual

19 İyul 2022, 00:59

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

 

Modern.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Sabah” nigeriyalı futbolçu Emmanuel Apehi transfer edib.

 

Bildirilib ki, 25 yaşlı hücumçu ilə 2 illik müqavilə bağlanıb.

 

Nigeriyalı futbolçu karyerası ərzində İspaniyanın “Lorka” (2016-2018), “Selta-2”, “Selta” (Viqo, 2018-2020), “Tenerife” (2020-2022) və “Alkorkon” (2021/22) klublarında oynayıb.

 

Qeyd edək ki, futbolçu “Sabah”da 90 nömrəli formada çıxış edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...