Modern.az

Komitə sədri Ağalıya köçənlərə təşəkkür etdi

Komitə sədri Ağalıya köçənlərə təşəkkür etdi

Aktual

19 İyul 2022, 09:04

"Biz bu gün sevincliyik. Ağalıya köçən sakinlərə təşəkkür edirəm".

 

Modern.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev jurnalistlərə açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərin hər yerində bu gün irimiqyaslı işlər davam etdirilir.

 

"Müasir bir kənd salınıb, müasir şərait yaradılıb. Şuşada və digər rayonlarda böyük quruculuq işləri gedir. İnanıram ki, yaxın gələcəkdə biz öz Vətən torpaqlarımızın daha da uğurlu inkişafı üçün keçmiş məcburi köçkünlərimizi ora qaytaracayıq".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı