Modern.az

Britaniyada Baş nazirliyə əsas namizədlər teledebatdan imtina etdi

Britaniyada Baş nazirliyə əsas namizədlər teledebatdan imtina etdi

Aktual

19 İyul 2022, 10:58

Britaniyada Baş nazir postu uğrunda mübarizə aparan Mühafizəkarlar Partiyasından əsas namizədlər Rişi Sunak və Liz Truss teledebatda iştirakdan imtina ediblər.

Modern.az xəbər verir ki, onların bu addımından sonra Sky News telekanalı əvvəlcədən elan olunmuş teledebatı ləğv etməli olub.

Telekanalın məlumatına görə, debat çərşənbə axşamı baş tutmalı idi.
 

Mühafizəkarlar Partiyası namizədlərin teledebatının təşkilatın imicinə xələl gətirməsindən, parçalanmalara səbəb ola biləcəyindən narahat olub.

Xatırladaq ki, Britaniyada baş nazir seçkilərinin üçüncü turunun nəticələri aşağıdakı kimi olub:

keçmiş maliyyə naziri Rişi Sunak (115 səs)
ticarət nazirinin müavini Penni Mordaunt (82 səs)
xarici işlər naziri Liz Truss (71 səs).

Səsəvermə iki namizəd qalanadək davam edəcək.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı