Modern.az

Şagirdlərimiz beynəlxalq olimpiadada 4 medal qazandı

Şagirdlərimiz beynəlxalq olimpiadada 4 medal qazandı

Aktual

19 İyul 2022, 11:32

10-18 iyul 2022-ci il tarixlərində Çində 54-cü Beynəlxalq Kimya Olimpiadası (IChO) onlayn şəkildə təşkil edilib.

 

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, olimpiadada Bakı Dövlət Universitetinin nəzdindəki “Gənc istedadlar” liseyinin XI sinif şagirdi Nəriman Şirinli gümüş medal, Təhsil Nazirliyinin tabeliyindəki Gəncə şəhəri Fizika-riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Məhsəti Piriyeva, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin X sinif şagirdi Dəniz Səttarlı və Astara rayonu Pensər kənd Z.Əhmədzadə adına 2 nömrəli məktəb-liseyin şagirdi Salman Hüseynov bürünc medal qazanıb.

 

Şagirdlərimizi qazandıqları uğur münasibətilə təbrik edir, onlara yeni-yeni nailiyyətlər arzulayırıq!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı