Modern.az

Sevgilisini öldürən şəxsə 18 il HƏBS CƏZASI VERİLDİ

Sevgilisini öldürən şəxsə 18 il HƏBS CƏZASI VERİLDİ

Aktual

19 İyul 2022, 12:40

Bakı Ağır Cinayətlər Məhkəməsində qadını qətlə yetirməkdə təqsirləndirilən Samir Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Modern.az-ın məlumatına görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hökmə əsasən, Samir Sadıqov 18 il azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, bu il fevralın 23-də saat 11 radələrində Xəzər rayonu ərazisində yaşadığı evdə Sevinc Cəfərovanın kəsici-deşici alətlə aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsindən qadını qətlə yetirməkdə şübhəli bilinən tanışı Samir Sadıqov tutularaq istintaqa təhvil verilib.

 

Samir Sadıqovla Sevinc Cəfərova arasında sevgi münasibətinin olduğu bildirilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı