Modern.az

"Qarabağ"ın oyununda jurnalistlərə maska tələbi qoyuldu

Aktual

19 İyul 2022, 13:08

Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - "Sürix" (İsveçrə) oyunundan sonra keçiriləcək mətbuat konfransına giriş üçün maska tələbi qoyulub.

 

Modern.az "Qarabağ"ın rəsmi səhifəsinə istinadən xəbər verir ki, UEFA-nın tələbinə əsasən, matçdan sonra keçiriləcək mətbuat konfransında iştirak edəcək media nümayəndələrinin FFP-2 tipli (N95) maskalardan istifadə etmələri məcburidir.

 

Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı