Modern.az

Aİ postmünaqişə dövründə mühüm rol oynayır - Ceyhun Bayramov 

Aİ postmünaqişə dövründə mühüm rol oynayır - Ceyhun Bayramov 

Aktual

19 İyul 2022, 18:55

“Azərbaycan və Ermənistan arasında beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində bir-birinin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı tanınma və hörmət əsasında münasibətlərin normallaşdırılmasının alternativi yoxdur”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Brüsseldə keçirilən Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 18-ci iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

 

O qeyd edib ki, Avropa İttifaqı (Aİ) postmünaqişə dövründə mühüm rol oynayır.

 

Nazir üç görüş vasitəsilə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına vasitəçilik etdiyinə görə Avropa İttifaqına təşəkkür edib: “Bu görüşlər faydalı idi, Cənubi Qafqazda sülh, təhlükəsizlik və rifah üçün mühüm əhəmiyyət kəsb edən məsələlər üzrə dialoqa töhfə verib”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Zelenski bəzi ərazilərin Rusiyada qalmasına razılaşdı