Modern.az

"Zirə" azarkeşlər üçün avtobus ayırdı

Aktual

20 İyul 2022, 14:54

"Zirə" klubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək İsrailin "Makkabi" (Təl-Əviv) komandasına qarşı keçirəcəyi ilk oyunu izləmək istəyən azarkeşlərə nəqliyyat vasitəsi ayırıb.

 

Modern.az klubun rəsmi saytına istinadən xəbər verir ki, avtomobil 21 iyul saat 18:00-dan 19:00-a qədər metronun Koroğlu stansiyasından (piramindanın arxasından) “Dalğa Arena”ya avtobuslar yola düşəcək.

 

Qeyd edək ki, matç saat 20:00-da başlanacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı