Modern.az

Koronavirusla bağlı vəziyyət pisləşir - RƏSMİ

Koronavirusla bağlı vəziyyət pisləşir - RƏSMİ

Aktual

20 İyul 2022, 15:08

“Son günlərin statistikası onu göstərir ki, dünyada koronavirusla bağlı vəziyyət pisləşməyə doğru gedir. Biz hər zaman deyirdik ki, yayın sonu-payızın əvvəli vəziyyət pis olacaq”.

 

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

 

"Dünyada koronavirusla bağlı vəziyyət pisləşməsinin Azərbaycana da təsiri olacaq: “Təəssüf ki, ölkədə vəziyyət ümumi tendensiya kimi pisləşməyə doğru gedir. Bu gözlənilən haldır”, - deyə baş infeksionist deyib.

 

T.Eyvazov bildirib ki, növbəti dalğanı daha az itki ilə yola vermək üçün qaydalara riayət etmək lazımdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı