Modern.az

“Azəriqaz” gənc fəhlələrin mühəndislik arzusunu reallaşdırır

“Azəriqaz” gənc fəhlələrin mühəndislik arzusunu reallaşdırır

Aktual

20 İyul 2022, 15:50

“Azəriqaz” İstehsalat Birliyi gənclərə perspektiv vəd edən yeniliyə imza atıb.

 

İB-dən Modern.az-a bildirilib ki, Birlik üzrə “Mühəndis İnkişaf Proqramı” çərçivəsində fəhlə kateqoriyasında çalışan və sürətləndirilmiş hazırlıq proqramını başa vurmuş gənc fəhlələrin qulluqçu kateqoriyasına keçirilməsi üçün karyera müsahibələrinə start verilib.

 

İyulun 18-27-də ümumilikdə 140 namizədin müsahibəsinin keçirilməsi planlaşdırılır. Müsahibə mərhələsini uğurla keçən namizədlər təhsil və iş stajlarına uyğun hazırlandıqları qulluqçu kateqoriyasına aid vəzifələrə yerləşdiriləcəklər.

 

Xatırladaq ki, Proqramın icrasına 2021-ci ilin iyul ayından başlanılıb və Birlik üzrə 151 işçi proqrama cəlb edilib. Bunların 85 nəfəri Vətən müharibəsi iştirakçısıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı