Modern.az

Türkiyəli nazir Şuşaya gedir

Türkiyəli nazir Şuşaya gedir

Aktual

21 İyul 2022, 09:28

Azərbaycanda səfərdə olan Türkiyənin ailə və sosial xidmətlər naziri Derya Yanıkın başçılıq etdiyi nümayəndə heyəti Şuşaya səfər edib.

 

Modern.az xəbər verir ki, səfərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı da iştirak edir.

 

Qeyd edək ki, Derya Yanık Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın dəvəti ilə Azərbaycana rəsmi səfərə gəlib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı