Modern.az

Bakı-Şamaxı yolunun bir hissəsi bağlandı

Bakı-Şamaxı yolunun bir hissəsi bağlandı

Aktual

21 İyul 2022, 10:32

Bu gü saat 10:00-dan etibarən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 66-69-cu kilometrlik hissəsində hərəkət bir zolaq üzrə ( digər hərəkət zolaqları açıqdır ) hissə-hissə məhdudlaşdırılır.

 

Bu barədə Modern.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

 

Məlumata görə, buna səbəb Şamaxı rayonu istiqamətində aparılacaq təmir işləridir.

 

Sürücülərdən təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən istiqamətdə yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!