Modern.az

UNEC tələbəsi ölkə birincisi, dünyada isə 11-ci oldu

UNEC tələbəsi ölkə birincisi, dünyada isə 11-ci oldu

Aktual

26 İyul 2022, 11:06

UNEC-in tələbəsi Natiq Cəfərov ACCA-in Performance Management imtahanından ən yüksək nəticə toplayaraq, Azərbaycan üzrə ölkə birincisi, dünya üzrə isə 11-ci olub.

 

Modern.az xəbər verir ki, Beynəlxalq İqtisadiyyat Məktəbində (İSE) “Maliyyə” ixtisası üzrə təhsil alan Natiq Cəfərov hazırda PwC şirkətində audit vəzifəsində çalışır.

 

Xatırladaq ki, ACCA (The Association of Chartered Certified Accountants — İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası) – maliyyə, mühasibat uçotu və audit sahəsində peşəkar mütəxəssislərin qlobal birliyidir. ACCA imtahanları dünyanın aparıcı beynəlxalq şirkətlərı tərəfindən tanınır və işə qəbul zamanı yüksək qiymətləndirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...