Modern.az

BP-nin Azərbaycan üzrə yeni vitse-prezidenti TƏYİN OLUNDU

BP-nin Azərbaycan üzrə yeni vitse-prezidenti TƏYİN OLUNDU

Aktual

26 İyul 2022, 11:20

BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə maliyyə məsələləri üzrə vitse-prezidenti dəyişib.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, bu vəzifədə Niall Hendersonu Kolin Alan (Colin Allan) əvəz edib.

 

Ümumilikdə BP-də 22 il 11 aylıq təcrübəsi olan K.Alan 2014-2016-cı illərdə şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə ərazi planlaşdırma və kommersiya meneceri, 2015-2019-cu illərdə "Azəri-Çıraq-Günəşli" layihəsinin ərazi planlaşdırma və kommersiya meneceri vəzifələrində çalışıb.

 

2019-cu ilin avqustundan etibarən isə BP-nin Trinidad və Tobaqo üzrə nümayəndəliyində müxtəlif vəzifələrdə çalışıb.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı