Modern.az

Yerə 122 metrlik asteroid yaxınlaşır

Yerə 122 metrlik asteroid yaxınlaşır

Aktual

26 İyul 2022, 11:52

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) iyulun 30-da 2016 CZ31 asteroidinin Yerin yanından keçəcəyini bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə  NASA-nın Reaktiv Hərəkət Laboratoriyası məlumat yayıb.

 

NASA-nın məlumatına görə, kosmik daşın diametri təxminən 122 metrdir. O,  saat 02:02-də 2,8 milyon kilometr məsafədə Yerə mümkün qədər yaxınlaşacaq.

 

Asteroidin sürəti saatda təxminən 55.500 km-dir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı