Avropada min kubmetr qazın qiyməti 3 faizdən çox bahalaşaraq 1900 dolları ötüb.
Modern.az xəbər verir ki, bu barədə Londonun ICE birjasında məlumat yer alıb. Hazırda Niderlanddakı TTF habında min kubmetr qazın avqust fyuçersinin qiyməti 1929 dollardır.
Qeyd edilib ki, “Şimal axını” boru kəməri ətrafında yaranan vəziyyət fonunda təbii qazın qiyməti iyulun 14-dən bəri ilk dəfə bu həddə yüksəlib.
“Qazprom” kompaniyası “Portovaya” kompressor stansiyasında təmirlər arası müddətin başa çatması səbəbindən daha bir qaz-turbin mühərrikinin işinin dayandırılması ilə bağlı bəyanat verib. Nəticədə iyulun 27-dən “Şimal axını” ilə qaz nəqli təxminən iki dəfə azalaraq 33 milyon kubmetrə enəcək.
İndi bu göstərici 67 milyon kubmetrdir.