Modern.az

Naftalanda vətəndaş qəbulu keçirilib

Naftalanda vətəndaş qəbulu keçirilib

Aktual

26 İyul 2022, 15:16

Naftalan Şəhər İcra Hakimiyyətində keçirilən qəbulda sakinlər şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən fərdi qaydada qəbul olunub, müraciətləri dinlənilib.

 

Modern.az xəbər verir ki, icra başçısı vətəndaşlar tərəfindən səsləndirilən fikirlər, müraciətlər və problemlərin həlli üçün aidiyyəti məsul şəxslərə tapşırıqlar verib.

 

Qəbulda iştirak edən sakinlər Naftalanda həyata keçirilən abadlıq quruculuq işlərinə, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı