Modern.az

Sabah Birgə Koordinasiya Mərkəzi açılacaq

Sabah Birgə Koordinasiya Mərkəzi açılacaq

Aktual

26 İyul 2022, 15:44

Ötən həftə İstanbulda imzalanmış taxıl dəhlizi haqqında saziş çərçivəsində yaradılan Birgə Koordinasiya Mərkəzinin açılışı iyulun 27-də baş tutacaq.

 

Modern.az Türkiyə mətbuatına istinadən bildirir ki, mərkəz İstanbulda Milli Müdafiə Universitetində fəaliyyət göstərəcək.

 

Birgə mərkəzdə Türkiyə, Rusiya və Ukrayna təmsilçiləri ilə yanaşı, BMT nümayəndələri də yer alacaq.

 

Xatırladaq ki, ötən həftə İstanbulda Türkiyə, Rusiya, BMT və Ukrayna arasında taxıl dəhlizinə dair saziş imzalanıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı