Modern.az

Rusiya Beynəlxalq Kosmik Stansiyanı tərk edir

Rusiya Beynəlxalq Kosmik Stansiyanı tərk edir

Aktual

26 İyul 2022, 15:56

Rusiya 2024-cü ildən sonra Beynəlxalq Kosmik Stansiyanı (BKS) tərk edəcək.

 

Modern.az-ın məlumatına görə, bunu "Roskosmos" şirkətinin rəhbəri Yuri Borisov Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı deyib.

 

O bildirib ki, Rusiya özünün orbital stansiyasını işə salmağı nəzərdə tutur. 2024-cü ilədək rusiyalı kosmonavtlar BKS-də adi rejimdə fəaliyyətlərini davam etdirəcəklər.

 

Qeyd edək ki, Beynəlxalq Kosmik Stansiya ABŞ Aerokosmik Agentliyi (NASA), "Roskomos", Avropa Kosmik Agentliyi (ESA) və Yaponiya ilə Kanadanın kosmik agentlikləri tərəfindən idarə olunur. Stansiyada 2001-ci ildən daimi əsasda kosmonavtlar fəaliyyət göstərir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı