Rusiyanın "İraero" aviaşirkəti avqustun 1-dən Kazan-Bakı reysi ilə uçuşlara başlayacaq.
Modern.az xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, uçuşlar bazar günləri yerinə yetiriləcək. Belə ki, təyyarələr Bakıdan saat 12:20-də yola düşəcək, Kazana 14:00-da eniş edəcək. Əks istiqamətdə isə Kazandan saat 15:00-də yola çıxan təyyarə, Bakıya saat 18:40-da çatacaq.