Modern.az

51 bağça müdiri işdən çıxarılıb

51 bağça müdiri işdən çıxarılıb

Aktual

27 İyul 2022, 12:48

Azərbaycanda 51 bağça müdiri vəzifəsindən azad olunub.

 

Modern.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının təhsillə bağlı məqamları haqqında keçirdiyi brifinqdə deyib. 

 

Nazir qeyd edib ki, bağça müdirlərinin işə qəbulunda şəffaflığın təmin edilməsinə çalışırlar.

 

"Tərbiyəçilərin peşəkarlığı ilə bağlı addımlar atılır. Bağçalar uşaq saxlanılan yer deyil, təhsil müəssisəsidir", - E.Əmrullayev vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!