Modern.az

Xəzərdə batan Şəhid oğlu və qazinin axtarışları davam edir

Xəzərdə batan Şəhid oğlu və qazinin axtarışları davam edir

Current

29 İyul 2022, 16:20

İyulun 28-i axşam saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin ərazisində dənizdə batdığı bildirlən 2 nəfərin axtarışına Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin 13 nəfər şəxsi heyəti və 3 ədəd texnikası cəlb olunub.

 

Bu barədə Modern.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

 

Axtarışlar davam etdirilir.

 

Qeyd edək ki, xəzər dənizində batan şəxslər Nicat Allahverdiyev və Sübhan Zöhrabovdur.

Nicat Allahverdiyevin atası Hüseyn Allahverdiyev Birinci Qarabağ müharibəsində, 1993-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub. Sübhan Zöhrabov isə Vətən Müharibəsi qazisidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı