Modern.az

Bakıda azyaşlı qaynar suda YANDI

Bakıda azyaşlı qaynar suda YANDI

Aktual

29 İyul 2022, 17:12

Bakıda 2 yaşlı uşağın ağır xəsarətlər alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Qaradağ rayonu Qobustan qəsəbəsində 2020-ci il təvəllüdlü Z.Qədirovanın üzərinə ehtiyatsızlıqdan qaynamaqda olan su tökülüb. Termiki yanıq xəsarətləri alan körpə xəstəxanaya çatdırılıb.

 

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı