Modern.az

Meymunçiçəyinə görə fövqəladə vəziyyət elan edildi

Meymunçiçəyinə görə fövqəladə vəziyyət elan edildi

Aktual

29 İyul 2022, 17:52

ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində meymunçiçəyinə yoluxma hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət rejimi elan edilib.

 

Modern.az-ın məlumatına görə, bu qərar yerli hakimiyyət orqanlarına xəstəliklə mübarizə üçün daha çox əməkdaş səfərbər etməyə imkan verəcək.

 

Qeyd olunur ki, iyulun 29-dək şəhərdə meymunçiçəyinə 291 yoluxma aşkar edilib.

 

Statistikaya əsasən, ABŞ-da indiyədək qeydə alınan 4,9 min yoluxmanın 40 faizdən çoxu San-Fransisko və Nyu-York ştatının payına düşür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Zelenski bəzi ərazilərin Rusiyada qalmasına razılaşdı