Modern.az

Aktiv xəstə sayı 2200-ü keçdi, 2 ölü

Aktiv xəstə sayı 2200-ü keçdi, 2 ölü

Aktual

29 İyul 2022, 18:03

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 373 yeni yoluxma faktı qeydə alınıb, 321 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

 

Ölkədə indiyədək 798 011 nəfər koronavirusa yoluxub. Onlardan 786 056 nəfər müalicə olunaraq sağalıb, 9746 nəfər vəfat edib, aktiv xəstə sayı 2209 nəfərdir.

 

Ölkədə son sutka ərzində 2 847, hazırkı dövrədək isə 7 039 346 test aparılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK HÜCUMLAR: İran bombalanır, Bakı hədələndi - YOX EDƏRİK! - Xəbəriniz Var? - Media Turk TV