Modern.az

Qadınlarla bağlı hesabat təqdim olundu

Qadınlarla bağlı hesabat təqdim olundu

Aktual

29 İyul 2022, 18:10

USAİD Azərbaycanın maliyyə dəstəyi ilə həyata keçirilən “Şəffaflıq Naminə Azərbaycan” (ECSOFT) layihəsi çərçivəsində İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyi Tərəfindən hazırlanmış “Azərbaycanda qadınların ictimai iştirakçılığı və səlahiyyətləndirilməsi” adlı araşdırma-hesabatı ictimaiyyətə təqdim olunub.

 

Araşdırma çərçivəsində qadınların ictimai-siyasi proseslərdə iştirakının qiymətləndirilməsi məqsədilə QHT-lər və aktiv qadınlar arasında sorğu aparılmış, 4 dövlət qurumu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə  Müvəkkilinin aparatı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliynin  nümayəndələri və cəmiyyətin gender problemləri ilə məşğul olan beş tanınmış nüfuzlu xanımları - Azərbaycan Mikromaliyyə Assosiasiyası İctimai Birliyinin (AMFA) icraçı direktoru Jalə Hacıyeva, APA Holdinqin rəhbəri Vüsalə Mahirqızı, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, Ragional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl və "Gender Hub Azerbaijan" layihəsinin həmtəsisçisi Məryəm Məcidova ilə intervülər həyata keçirilib.

 

Layihə çərçivəsində Bakı və region qadınları üçün iki fokus qrup müzakirəsi keçirilərək, qadın iştirakçılığının maneələri araşdırılıb.

 

Bu gün hazırlanmış araşdırma hesabatın ilkin forması ictimai müzakirəyə təqdim olunub. Müzakirələr zamanı hökumətə və adiyyatı dövlət qurumlarına təqdim olunacaq tövsiyyələr hazırlanıb.

 

Konfrası araşdırma qrupunun rəhbəri Vüsalə Hüseynli, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri, müstəqil ekspertlər Günel Səfərova və Zaur İbrahimli, Ompustman Aparatının şöbə müdiri Lamiyə Zeynalova, qadın təşkilatlarının rəhbərləri Ruhəngiz Hüseynova, Məleykə Əlizadə, Məhluqə Qəhrəmanlı, İlqar Hüseynli, Gəncə, Beyləqan, Masallı, Sabirabad, Tovuz, Qax və s. region təşkilatlarının rəhbərləri, bələdiyyə sədrləri və üzvləri müzakirələrdə aktiv iştirak edərək, təkliflərini səsələndiriblər.

 

Təklif arasında BMT (SEDAW) Qadınlara Qarşı Ayrı-Seçkiliyin Ləğvi Komitəsi Azərbaycanın VI dövrü hesabatı üzrə yekun tövsiyyələrinin araşdırılması və praktik addımların atılması üçün Hökümət və QHT-lərdən ibarət işçi qrupunun yaradılması müraciətdə yer alıb.

 

Qeyd edək ki, müzakirələrdə gender büdcəsi, gender gündəliyi, qadınların səlahiyyətləndirilməsi ilə bağlı  ictimaiyyət arasında maarifləndirmə, vəkillik işlərinin təbliği, yenilənən streotiplərin aradan qaldırılması üçün alətlərin tapılması məsələri də tövsiyyələrdə yer alıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı