Modern.az

Meymunçiçəyinə görə fövqəladə vəziyyət elan olundu

Meymunçiçəyinə görə fövqəladə vəziyyət elan olundu

Aktual

30 İyul 2022, 09:06

Nyu-York qubernatoru Keti Hokul meymunçiçəyi xəstəliyinin yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ştat administrasiyasının saytında məlumat verilib.

 

"Nyu-York ştatında meymunçiçəyinin yayılması ilə bağlı son məlumatları nəzərdən keçirdikdən sonra epidemiyanın qarşısını almaq üçün səylərimizi gücləndirmək üçün fövqəladə vəziyyət elan edirəm", - qubernator qeyd edib.

 

Hokul vurğulayıb ki, ABŞ-da meymunçiçəyinə yoluxma hallarının ¼-i Nyu-York ştatında qeydə alınır: "Mən və komandam daha çox peyvənd təmin etmək, testdən keçməni artırmaq və yoluxma zamanı təhlükəsiz qalmaq üçün ictimaiyyəti məsuliyyətlə maarifləndirmək üçün gecə-gündüz işləyirik".

 

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Federal Mərkəzlərinin (CDC) ötən günə olan məlumatına görə, Nyu-York ştatında meymunçiçəyinə 1345 yoluxma qeydə alınıb. ABŞ-ın ən çox virusun yayıldığı ikinci ştatı olan Kaliforniyada infeksiyaya 700 yoluxma aşkarlanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı