Modern.az

Qazaxda toyda qan töküldü

Qazaxda toyda qan töküldü

Aktual

31 İyul 2022, 08:45

Qazax rayonunda yerli sakin mübahisə zəminində bıçaqlanıb.

 

Modern.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Quşçu Ayrım kəndində qeydə alınıb.

 

Kənd sakini, 1997-ci il təvəllüdlü İ.Süleymanov kənd ərazisində keçirilən toy mərasimi zamanı mübahisə zəminində bıçaqlanıb.

 

O, iki bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Faktla bağlı araşdırmalara başlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı