Modern.az

ABŞ F-35-lərin uçuşunu dayandırdı 

ABŞ F-35-lərin uçuşunu dayandırdı 

Aktual

31 İyul 2022, 09:14

Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri beşinci nəsil “F-35A Lightning II” qırıcılarının uçuşlarını dayandırdığını açıqlayıb.

 

Modern.az xəbər verir ki, buna oturacaqların katapult piromexanizmindəki problemlər səbəb olub.

 

Son yoxlama zamanı bəzi təyyarələrdə pilotların xilasetmə sistemində problemlər aşkarlanıb. Məhz buna görə də ABŞ ordusu bütün təyyarələrin uçuşlarını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.

 

Hazırda ABŞ Hərbi Hava Qüvvələrində 349 ədəd “F-35 Lightning II” qırıcısı var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı