Filippinin Luson adasında baş verən 7,3 bal gücündəki zəlzələdə 10 nəfər həyatını itirib.
Modern.az xəbər verir ki, üç gün əvvəl baş verən zəlzələ zamanı ümumilikdə 375 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Hələ də bir nəfər itkin düşmüş hesab olunur.
Bildirilir ki, zəlzələ nəticəsində ümumilikdə 314 mindən çox insana zərər dəyib. 34 mindən çox insan 42 təxliyə mərkəzində yerləşdirilib. Eyni zamanda, 1200 nəfər isə zəlzələ ərəfəsində təxliyə edilib.
Zəlzələdən sonra 1000-dək afterşok qeydə alınıb.