Modern.az

Millimiz üçüncülük uğrunda oyuna çıxacaq

Millimiz üçüncülük uğrunda oyuna çıxacaq

Aktual

31 İyul 2022, 10:51

18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi San Marinoda gənclər arasında təşkil olunan Avropa çempionatında bu gün sonuncu oyununu keçirəcək.

 

Modern.az-ın məlumatına görə, yığma bürünc medal uğrunda matçda Lüksemburq seçməsi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:45-də başlayacaq.

 

Qeyd edək ki, Azərbaycan qrupdakı ilk oyununda Lüksemburqa 75:71, ikinci görüşündə isə Cəbəllütariqə 115:60, üçüncü matçında isə Ermənistana 76:65, Moldovaya 75:66 hesabı ilə qalib gəlib. Yığma yarımfinalda isə Albaniyaya uduzub - 56:76.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı