Modern.az

Akar ukraynalı rəsmilərlə taxıl işindən danışdı

Akar ukraynalı rəsmilərlə “taxıl işi”ndən danışdı

Aktual

31 İyul 2022, 11:51

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ukraynalı həmkarı Aleksey Reznikovla əlaqə saxlayıb. 

 

Modern.az xəbər verir ki, müdafiə naziri daha sonra Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakovla telefonla danışıb.

 

Məlumatı Milli Müdafiə Nazirliyi yayıb.

 

Bildirilib ki, danışıqlar zamanı İstanbuldakı Birgə Koordinasiya Mərkəzində həyata keçirilən fəaliyyətlərlə bağlı son vəziyyət müzakirə edilib.

 

Texniki işlərin yekunlaşdırılması, inzibati hazırlıqdan sonra ən qısa zamanda daşımaların başlanmasının nəzərdə tutulması, Birgə Koordinasiya Mərkəzində heyətlərin əməkdaşlıq şəraitində çalışmasından məmnunluq ifadə olunub.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı