Ötən gün sel daşqınları İranın Rəfsəncan şəhərini də cənginə alıb.
Modern.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Bildirilib ki, şəhərdə bir çox küçələr, yollar və avtomobillər bütövlükdə su altında qalıb.
Məlumata görə, güclü sel nəticəsində yaşayış binaları hər an çökə bilər. Sakinlər xilasetmə qüvvələrindən təxliyə üçün təcili yardım istəyir.