Modern.az

"Neftçi"-"Rapid" oyununun hakimləri bəlli oldu

Aktual

31 İyul 2022, 13:25

Bakıda “Neftçi” və Avstriyanın “Rapid” (Vyana) komandası arasında keçiriləcək UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununu xorvatiyalı hakimlər briqadası idarə edəcək.

 

Modern.az xəbər verir ki, matçın baş hakimi Dario Bel olacaq. Ona Maryan Tomas və Kristian Novosel köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Tixomir Pein yerinə yetirəcək.

 

Qeyd edək ki, avqustun 4-də “Bakcell Arena”da keçiriləcək oyun saat 21:00-da başlayacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrandan daha bir hücum - Bakı hədəfə alındı