Modern.az

Moskva "Qızıl Xaç"ın əməkdaşlarını Donetskə buraxmadı

Moskva

Aktual

31 İyul 2022, 13:44

Moskva Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşlarını Ukraynanın işğal altındakı ərazilərinə buraxmayıb.

 

Modern.az-ın xəbərinə görə, Kreml "Qırmızı Xaç"ın əməkdaşlarının Donetsk vilayətindəki "Novaya Yelenovka" düşərgəsində saxlanılan ukraynalı hərbi əsirlərlə görüşünə icazə verməyib.

 

Bu barədə Komitənin Tvitter hesabında məlumat verilib.

 

“Yelenovka hərbi əsir düşərgəsinə edilən son hücumu qətiyyətlə pisləyirik. Ukraynadakı silahlı münaqişə çoxlu sayda insanın ölümünə və ailələrin dağılmasına səbəb olub. Müvafiq görüşün təmin edilməsi Cenevrə Konvensiyalarına uyğun olaraq münaqişə tərəflərinin üzərinə düşür”, - məlumatda qeyd olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı