Modern.az

Türkiyədəki yarışda ölkəmizi onlar təmsil edəcək

Türkiyədəki yarışda ölkəmizi onlar təmsil edəcək

Aktual

31 İyul 2022, 16:15

Avqustun 9-dan 18-dək Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edəcək stolüstü tennisçilər müəyyənləşib.

 

Modern.az Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda milli komandamızın üzvləri Vəzir Allahverdiyev, Nihad Məmmədov, Emin Məmmədov, Adil Əhmədzadə, Nəzakət Qarayeva, Ləman Abdulhəmidova, Zemfira Mikayılova və Mərziyyə Nurmətova bacarıqlarını göstərəcəklər.

 

Beynəlxalq dərəcəli hakim Zaur Mikayılov isə görüşləri idarə edəcək.

 

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis yarışları avqustun 7-dən 11-dək keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!