Modern.az

Zəlzələ qurbanlarının sayı artdı

Zəlzələ qurbanlarının sayı artdı

Aktual

31 İyul 2022, 16:35

Filippində iyulun 27-də baş vermiş zəlzələ nəticəsində 314 mindən çox insan zərər çəkib.

 

Modern.az xəbər verir ki, risklərin qarşısının alınması və təbii fəlakətlərin bərpası üzrə Milli Şuranın hesabatına əsasən, təbii fəlakət nəticəsində 10 nəfər ölüb.

 

Bundan əvvəl 6 nəfərin öldüyü, 4 nəfərin itkin düşdüyü barədə məlumat verilib.

 

İdarənin yenilənmiş məlumatlarına əsasən, 42 təxliyə məntəqəsində 34,2 min məcburi köçkün var.

 

Zəlzələ 21 500 evə ziyan vurub, 302-si tamamilə dağılıb. Təbii fəlakət nəticəsində 43 yol və 7 körpü zədələnib. 48 şəhərdə elektrik enerjisinin kəsilməsi qeydə alınıb, su təchizatı ilə bağlı problemlər qalmaqdadır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı