Modern.az

Küveyt İranla barışdı - 6 il sonra səfir təyinatı

Küveyt İranla barışdı - 6 il sonra səfir təyinatı

Aktual

15 Avqust 2022, 09:10

Küveyt hökuməti 6 ildən sonra İranla diplomatik münasibətləri bərpa edib.  

 

Modern.az xəbər verir ki, Küveyt İrana yeni səfir təyin edib.  

 

Diplomat Bədr Abdulla əl-Manix etimadnaməsini İranın xarici işlər naziri Hüseyn Əmirabdullahiana təqdim edib.

 

Qeyd edək ki, 2015-ci ildə İranın Ali Liderinin tərəfdarları Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum etdikdən sonra Ər-Riyad Tehranla münasibətləri kəsib. Məlum hadisə Küveytlə İran əlaqələrinə də mənfi təsir göstərib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı