Modern.az

Əşrəf Qani ölkədən qaçma səbəbini AÇIQLADI

Əşrəf Qani ölkədən qaçma səbəbini AÇIQLADI

Aktual

15 Avqust 2022, 09:23

Əfqanıstanın keçmiş dövlət başçısı Əşrəf Qani bir il əvvəl "Taliban" hakimiyyətə gələndə ölkədən qaçma səbəbini açıqlayıb.

 

Modern.az xəbər verir ki, sabiq prezident ilk dəfə bu barədə CNN-ə müsahibə verib.

 

“Buna səbəb "Taliban" hərəkatının hökumətin legitimliyi haqqında sənədi məcbur imzalatdırması olub. Mən heç vaxt ölkəni tərk etmək fikrində olmamışam. Külli miqdarda pulla Əfqanıstandan çıxmağım da yalandır”,- keçmiş prezident vurğulayıb.

 

Qeyd edək ki, ötən il avqustun 15-də Əfqanıstanın o zamankı prezidenti Əşrəf Qani vitse-prezident və digər yüksək vəzifəli məmurlarla birlikdə ölkədən qaçmışdı. Bundan sonra Əfqanıstanda hakimiyyət "Taliban"a keçib. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı