Modern.az

İranın hərbi nümayəndə heyəti Moskvadadır

İranın hərbi nümayəndə heyəti Moskvadadır

Aktual

15 Avqust 2022, 11:06

İran Silahlı Qüvvələri Baş Qərargahının nümayəndə heyəti beynəlxalq təhlükəsizlik konfransında iştirak etmək üçün Moskvaya gedib.

Modern.az xəbər verir ki, bu haqda İranın Rusiyadakı səfirliyi bazar ertəsi məlumat yayıb.
 

“İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının nümayəndə heyəti Moskvaya səfər edib. Heyərə Baş Qərargah rəisinin müavini, briqada generalı Abdullahi rəhbərlik edir. Dünən Moskvaya çatan nümayəndə heyəti İran İslam Respublikasının Rusiya Federasiyasındakı səfiri Cəlali tərəfindən qarşılanıb”, - diplomatik nümayəndəliyin bəyanatında deyilir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı