Modern.az

“Qarabağ” - “Viktoriya” matçının hakimləri bəlli oldu

“Qarabağ” - “Viktoriya” matçının hakimləri bəlli oldu

Aktual

15 Avqust 2022, 11:27

UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edən “Qarabağ” komandasının turnirin pley-off mərhələsində Çexiyanın “Viktoriya Plzen” klubuna qarşı keçirəcəyi oyunu idarə edəcək hakimlər müəyyənləşib.

 

Modern.az AFFA-nın saytına istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanı Sloveniyadan olan hakimlər briqadası idarə edəcək.

 

Görüşün baş hakimi Slavko Vinçic olacaq. Ona yan xətt hakimləri Tomaz Klancnik və Andraj Kovacic kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rade Obrenoviç yerinə yetirəcək. VAR hakimləri isə Nejc Kajtazovic və Jure Praprotnik olacaq.

 

Qeyd edək ki, avqustun 17-də oynanılacaq qarşılaşma saat 20:45-də başlayacaq

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı