Modern.az

İsti hava neçə gün davam edəcək? - AÇIQLAMA

İsti hava neçə gün davam edəcək? - AÇIQLAMA

Aktual

15 Avqust 2022, 12:13

Ölkə ərazisində müşahidə olunan isti hava şəraitinin avqustun 20-dək davam edəcəyi, mülayim cənub-şərq küləyinin əsəcəyi gözlənilir. 

 

Modern.az xəbər erir ki, bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. 

 

Onun sözlərinə görə, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-39, bəzi yerlərdə 40, rayonlarda 35-40, Mərkəzi Aran  və Naxçıvan MR-nin bəzi yerlərində 41-42, dağlarda isə 27-32 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır.

 

G.Məmmədova qeyd edib ki, avqustun 14-də ölkə ərazisində havanın temperaturu iqlim normasından 3.8 dərəcə çox olub. Belə ki, maksimal temperatur Bakıda və Abşeron yarımadasında 38.5,  Aran rayonlarında isə 40.3 dərəcəyə çatıb:

 

“Aparılan çoxillik müşahidələrə görə, son illərdə Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 2017-ci il avqustun 9-da 42.6 dərəcə qeydə alınıb”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı