Modern.az

İsmayıllıda yol qəzası faciə ilə nəticələndi

İsmayıllıda yol qəzası faciə ilə nəticələndi

Aktual

15 Avqust 2022, 12:30

İsmayıllı rayonunda baş verən yol-nəqliyyat hadisəsi faciə ilə nəticələnib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Qalacıq kəndi ərazisində baş verib.

 

Belə ki, hərəkətdə olan "Shacman" markalı yük maşını qarşı tərəfdən gələn 06-BC-586 nömrə nişanlı "VAZ 21011" markalı minik avtomobili ilə toqquşub. Yük maşınının altında qalan minik avtomobilinin sürücüsü Hafiz Sabir oğlu Əsədov hadisə yerində ölüb.

 

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Ukrayna bombalayır - Rusiya od içində