Modern.az

Zelenski Təhlükəsizlik Xidmətinin rəislərini işdən çıxardı

Zelenski Təhlükəsizlik Xidmətinin rəislərini işdən çıxardı

Aktual

15 Avqust 2022, 14:02

Ukrayna prezidenti Volodimir Zelenski Təhlükəsizlik Xidmətinin Kiyev, Lvov və Ternopol vilayətləri üzrə department rəhbərlərini vəzifədən azad edib.

Modern.az xəbər verir ki, müvafiq sərəncamlar dövlət başçısı Aparatının saytında dərc edilib.


İşdən çıxarılanlar Sergey Zayats (Kiyev vilayəti), Yuri Boreyçuk (Ternopol vilayəti) və Artem Bondarenkodur (Lvov vilayəti).

Onlardan yalnız Artem Bondarenko yeni təyinat alıb. Belə ki, o, Təhlükəsizlik Xidmətinin Kiyev regionu üzrə baş idarəsinin rəisi təyin edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı