Modern.az

Putin Paşinyana başsağlığı verdi

Putin Paşinyana başsağlığı verdi

Aktual

15 Avqust 2022, 13:39

Rusiya prezidenti Vladimir Putin İrəvandakı “Sürmali” ticarət mərkəzində baş vermiş partlayış və yanğınla bağlı Ermənistanın baş naziri Nikol Paşinyana başsağlığı verib.


Modern.az-ın xəbərinə görə, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Xatırladaq ki, avqustun 14-də İrəvanda “Sürməli” ticarət mərkəzində güclü partlayış və yanğın baş verib. Son məlumatlara əsasən, hadisə nəticəsində 6 nəfər ölüb, 61 nəfər yaralanıb. 16 nəfər itkin düşmüş sayılır.

Hadisənin rəsmi səbəbi hələlik açıqlanmır. Hadisə şahidlərinin sözlərinə görə, partlayış atəşfəşanlıq mağazasında baş verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı