Modern.az

İrəvandakı partlayışda itkin düşənlərdən biri iranlıdır

İrəvandakı partlayışda itkin düşənlərdən biri iranlıdır

Aktual

15 Avqust 2022, 14:11

İrəvandakı “Sürməli” ticarət mərkəzininin dağıntıları arasında axtarış-xilasetmə işləri davam etdirilir.

Modern.az “Hraparak”a istinadən xəbər verir ki, axtarılanların sayının 15 nəfər olduğu bildirilir.

Axtarışda olan şəxslərdən biri İran vətəndaşı Mehri Təhreridir.

Xatırladaq ki, avqustun 14-də İrəvanda “Sürməli” ticarət mərkəzində güclü partlayış və yanğın baş verib. Son məlumatlara əsasən, hadisə nəticəsində 6 nəfər ölüb, 61 nəfər yaralanıb. 15 nəfər itkin düşmüş sayılır.

Hadisənin rəsmi səbəbi hələlik açıqlanmır. Hadisə şahidlərinin sözlərinə görə, partlayış atəşfəşanlıq mağazasında baş verib.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!